Sağlamlıq
ÜST elan etdi - Son 5 həftədir ki...
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus son 6 həftədir ki, yoluxma sayının azaldığını, ölü sayının isə son 5 həftədir aşağı düşdüyünü bildirib.
Publika.az xəbər verir ki, baş direktor pandemiyanın zəifləməsinə dair ümidverici proqnozlar verib. O, təşkilatın dünən Cenevrədəki mərkəzində keçirdiyi mətbuat konfransında peyvəndlərin ölkələr arasında ədalətsiz şəkildə paylanması məsələsinə də toxunub:
“Bir çox ölkə təhlükəli vəziyyətlə qarşı-qarşıya qalarkən əhalisinin böyük bir qismini peyvənd edən ölkələrdə məhdudiyyətlərin aradan qaldırılması müzakirə olunur. Vaksinin ədalətsiz şəkildə paylanması virusun yayılmasına səbəb olur. Bu da öz növbəsində peyvəndlərin yeni çıxan ştammlara qarşı daha az təsirli olmasına gətirib çıxarır.
Peyvəndlərin istehsal olunması ilə son 6 ay ərzində yüksək gəlirli ölkələr dünyadakı mövcud dozaların təxminən 44 faizini alıb. Aşağı gəlirli ölkələr isə bu dozaların sadəcə 0,4 faizini ala və tətbiq edə bilib. Bu statistika aylardır ki, dəyişmir. Peyvəndlərin ədalətsiz şəkildə paylanması sadəcə ən az vaksin alan ölkələr üçün deyil, bütün dünya üçün təhlükəlidir.
Əlbəttə ki, pandemiyanın gedişatına dair ümidverici işarələr görməyə davam edirik. Müsbət tendensiyaya baxmayaraq, hələ də dünyada “qarışıq mənzərə” görürük”.
T.A.Qebreyesus onu da qeyd edib ki, vaksinasiyanın sürətlə aparıldığı ölkələrdə yaşlı insanlar arasında da ölüm halları azalıb.
Aytən Məftun
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq