Sağlamlıq
Peyvənd vurduranlar niyə koronavirusa yoluxur?
Viral infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru Georgi Vikulov peyvənddən sonra insanların koronavirusa yoluxmasının səbəbini açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert bunun ən çox koronavirusa qarşı immuniteti inkişaf etməyən xəstələrdə baş verdiyini bildirib. Məsələn, bu yaxınlarda peyvəndin birinci mərhələsindən keçənlər.
“İmmunitet cavabının formalaşması üçün ilk dozadan sonra iki-üç həftə gözləməlisiniz. İnsanlar adətən ilk peyvənddən sonra xəstələnirlər, çünki antikor səviyyəsini qiymətləndirmirlər, gizli infeksiyaların olduğunu nəzərə almırlar”, - mütəxəssis bildirib.
Vikulov vaksinasiyanın insanı infeksiyadan tamamilə qoruya bilməyəcəyini, ancaq xəstəliyin ağır gedişatını yüngülləşdirəcəyini qeyd edib: “Reanimasiyaya yerləşdirilənləri analiz etmək kifayətdir. İnsanların çoxu peyvənd olunmur”.
Aytən Məftun
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...