Poçt fəaliyyətinin zərəri ...
Bizi izləyin

Sağlamlıq

Poçt fəaliyyətinin zərəri ...

Dünya Poçt İttifaqı (ÜPI) ekoloji sağlamlığın qorunması məqsədi ilə poçt fəaliyyəti nəticəsində atmosferə atılan zərərli qazların həcmini müəyyənləşdirəcək.

Publika.az xəbər verir ki, ÜPİ-nin məlumatına görə, istixana effekti yaradan qazların miqdarının təyin edilməsi son illər prioritet olaraq önə çəkilib. Xüsusilə XXV Ümumdünya Poçt Konqresində qabardılan bu məsələ poçt fəaliyyətinin ətraf mühitə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra proqramların icrasına, parnik qazları tullantılarının azaldIlmasIna yönələn qətnamədə əksini tapıb.

Bununla əlaqədar beynəlxalq büro artıq beşinci hesablamanı həyata keçirməyə qərar verib. Hesablamalar aparmaq üçün ÜPİ üzvlərinə göndərilən sorğu vərəqələri sentyabrın 15-dək tamamlanaraq təşkilata təqdim olunmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm