Sağlamlıq
Bu vitamin arıqlamağa kömək edir
D vitamininin faydalarından səhərə qədər danışmaq olar: kalsiumun mənimsənilməsinə kömək edir, hormonları tənzimləyir, sümükləri möhkəmləndirir və bütün immun sistemini yaxşılaşdırır, əlavə olaraq depressiyanın inkişaf riskini də azaldır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər D vitamini səviyyələri ilə artıq çəki arasındakı mümkün əlaqəni araşdırıb. Məlum olub ki, çəki problemi həm də D vitamini çatışmazlığı ilə əlaqədardır. Bir insanın çəkisi nə qədər çox olarsa, bir o qədər “günəş” vitamini tələb olunur.
D vitamini qəbul etmək çəkinin kəskin şəkildə azalmasına səbəb olmayacaq, lakin ümumi sağlamlığa kömək edəcək və istədiyiniz çəkini qoruyacaq. Eyni zamanda, D vitamini bədəndəki yağ hüceyrələrinin yığılmasına mane olur. Son araşdırmaların nəticələrinə görə, bu bioloji aktiv maddəni 12 həftə qəbul etdikdən sonra bədən piylənməsində azalma baş verir.
D vitamini çatışmazlığının əlamətləri
Yorğunluğun artması
Depressiv vəziyyətlər
Ani sümük və əzələ ağrısı
Əzələ zəifliyi
Əzələ spazmları
Saç tökülməsi
Əlbəttə bu əlamətlər digər vitamin çatışmazlığı və sağlamlıq problemlərinə də xasdır. İstnilən halda simptomlardan birini uzun müddət müşahidə edirsinizsə, həkimə müraciət etməyiniz tövsiyə olunur.
D vitamini heç vaxt yetərli deyil: xüsusən də yayda səviyyəsini artırmaq üçün əlverişli fürsətdən istifadə etmək asandır. Daha çox günəşdə olun, günəş işığı dəri tərəfindən əmilir və D vitamininə çevrilir.
Pəhrizinizi nəzərdən keçirin: yağlı balıqlar (skumbriya, qızılbalıq, ton balığı), süd məhsulları, yumurta sarısı və göbələk D vitamin ehtiyatlarını artırmağa kömək edəcək. D vitamini əlavəsinin praktik olaraq heç bir dadı yoxdur, odur ki, onu qəbul etmək çətin olmayacaq.
Təəssüf ki, D vitamininin özü arıqlamağa kömək etməyəcək, ancaq ümumi sağlamlıq üçün çox fayda gətirəcək. İdman və düzgün qidalanma sayəsində ideal bədən quruluşuna sahib ola biləcəksiniz.
Aytən Məftun
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var