Uşaqların COVID-19 əleyhinə peyvəndlənməsi bu tarixdə başlaya bilər
Bizi izləyin

Sağlamlıq

Uşaqların COVID-19 əleyhinə peyvəndlənməsi bu tarixdə başlaya bilər

Qamaleya Mərkəzinin rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Qinçburq bildirib ki, sentyabr ayında Rusiyada uşaqlar və yeniyetmələr üçün koronavirus peyvəndi qeydiyyata düşə bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, uşaqların vaksinasiyası yeni dərs ilinin açılmasına təsadüf edəcək.

“Genişləndirilmiş ikinci mərhələdən əvvəl bir hesabat hazırlayacağıq və 15 sentyabrda uşaq peyvəndini məktəblilərə eyni vaxtda ineksiya etmək üçün qeydiyyatdan keçirə biləcəyik”, - eskpert bildirib.

“Lakin sentyabr ayına çatmayacağıq. Bu, məni çox narahat edir, çünki indi, Hindistan ştamının sürətlə yayıldığı bir dövrdə uşaqlar məktəbə gedəcəklər. Bu isə əvvəlcə uşaqlar üçün sonra hamımız üçün problemlər yarada bilər”, - ekspert əlavə edib.

Qamaleya Mərkəzinin rəhbəri vurğulayıb ki, indi yeniyetmələr üçün iki peyvənd variantı var - onlardan biri 1:10 konsentrasiyasında, ikincisi isə 1: 5 nisbətindədir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm