COVID-19-dan DAHA DƏHŞƏTLİ COVID-22 gəlir, bütün ümidlər... - Professordan XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

COVID-19-dan DAHA DƏHŞƏTLİ COVID-22 gəlir, bütün ümidlər... - Professordan XƏBƏRDARLIQ

COVID-19-un yenilənmiş versiyası COVID-22 virusu yayıla bilər.

Publika.az xəbər verir ki, bu barədə immunoloq professor Sai Reddi məlumat verib.

O, COVID-22 adlandırdığı yeni variantın dünyada dominant olan Deltadan daha ölümcül ola biləcəyini bildirib.

Daha güclü bir variantın ortaya çıxmasının qaçılmaz olduğunu iddia edən Reddi sözügedən koronavirus növünə artıq hazırlaşmalı olduğumuzu bildirib.

"Əgər belə bir variant ortaya çıxsa, onu mümkün qədər erkən aşkar etməliyik və vaksin istehsalçılarının peyvəndi tez bir zamanda yeni varianta uyğunlaşdırmasını təmin etməliyik", - professor qeyd edib.

İngiltərədə hökumətlə məsləhətləşmələr aparan elm adamları son dövrlərdə Alfa, Beta, Delta və Qamma kimi daha çox yoluxuculuq qabiliyyətinə malik və ölümcül variantların birləşməsindən "supervariant"ın ortaya çıxa biləcəyi barədə xəbərdarlıq ediblər.

İngiltərə Fövqəladə Hallar üzrə Elmi Məsləhətçi Qrupu (SAGE) tərəfindən nəşr olunan hesabatda yeni koronavirus variantının ölüm nisbətinin 35% olduğu "MERS" qədər ölümcül ola biləcəyi barədə məlumatlar var. SAGE-də çalışan alimlərin hazırladığı hesabatda sözügedən mutasiyanın vaksinlərə və dərmanlara qarşı daha davamlı ola biləcəyi də vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm