Revaksinasiyanın təhlükələri AÇIQLANDI
Bizi izləyin

Sağlamlıq

Revaksinasiyanın təhlükələri AÇIQLANDI

“The Lancet” tibb jurnalı kütləvi revaksinasiyanın effektsiz olması ilə bağlı məqalə yayıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, məqalənin müəllifləri arasında Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ Qida və Dərman İdarəsinin nümayəndələri də daxil olmaqla bir qrup alim olub. Mütəxəssislərin fikrincə, mövcud peyvəndlər kifayət qədər təsirli olduğu üçün təkrar peyvəndlənməyə hələlik ehtiyac yoxdur. Bundan əlavə, təkrar dozaların çox tez və ya vaxtından əvvəl qəbul edilməsi miokardit və Guillain-Barre sindromuna səbəb ola bilər. Ancaq qeyd olunub ki, zəif immun sistemi olan insanlar üçün təkrar peyvəndlər faydalı ola bilər.

Alimlərin nəticələrinin həm mRNA peyvəndlərinə (həm “Pfizer”, həm də “Moderna”), həm də adenovirusa əsaslanan dərmanlara (məsələn, “Sputnik V”) aid olduğu qeyd edilir. Məqalə müəllifləri hesab edirlər ki, mütəxəssislər yeni peyvənd dozalarını tövsiyə etməzdən əvvəl müvafiq araşdırmalar aparmalıdırlar.

Rusiyalı mütəxəssislər isə revaksinasiyanın sağlamlıq üçün ciddi nəticələri barədə danışmağın hələ tez olduğunu bildirib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Nikolay Malışev qeyd edib ki, hər şeydən əvvəl məsələni diqqətlə öyrənmək lazımdır. Alimin sözlərinə görə, yenidən vaksinləşmənin nə qədər müddət sonra optimal olduğunu müəyyən etmək üçün tədqiqatlar aparılır.

Revaksinasiyanın təhlükələri ilə bağlı məlumatlar internetdə yayılsa da, təqdim edilən faktlar təsdiqini tapmayıb və bəzi məlumatların yalan olduğu ortaya çıxıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin saytında revaksinasiyanın nəticələri ilə bağlı yerləşdirilən araşdırmada bədənin mümkün tükənməsi haqqında məlumatlar verilməyib.

İsrail alimləri isə sübut edib ki, “Pfizer/BioNTech” peyvəndinin gücləndirici dozaları 60 yaşdan yuxarı insanlar üçün iki dozadan dörd dəfə daha çox infeksiyaya qarşı müdafiə təmin edir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm