• USD 1,7000 0,00% EUR 1,9811 +0,62%
    • GBP 2,3415 +0,30% RUB 0,0239 0,00%

Koronavirus və qrip bu payızda birlikdə HÜCUMA KEÇƏCƏK

Koronavirus və qrip bu payızda birlikdə HÜCUMA KEÇƏCƏK

Koronavirusun geniş yayılmasına baxmayaraq, qrip patogenləri yayılmağa davam edir. Həkimlər qeyd edirlər ki, ötən il qripə yoluxma halları nadir olsa da, bu il vəziyyətin dəyişəcəyini istisna etmək olmaz.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq Vladislav Jemçuqov “İzvestiya”qəzetinə açıqlamasında deyib.

“Ola bilsin ki, viruslar “razılaşıb” ki, kifayət qədər sakit bir yerdə yaşasınlar. Keçən il qrip epidemiyası olmadı, amma düşünürəm ki, bu daha çox qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə görə baş verdi, qrip vuruslarının heç bir şansı olmadı” , - həkim vurğulayıb.

Molekulyar Genetik Araşdırmalar Mərkəzinin baş direktoru Andrey İsayev də bildirib ki, keçən il görülən tədbirlər qripin yayılmasının qarşısının alıb. O, hesab edir ki, karantin tədbirləri yumşaldılan kimi, hər şey son 40 ildə olduğu kimi status-kvo vəziyyətinə qayıdır və təbii olaraq inkişaf edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il yayıla biləcək qrip virusunun əvvəllər populyasiyada yayılmayan iki A növü də daxil olmaqla dörd ştammını təsbit edib. Həkimlər insanları həm qripə, həm də koronavirusa qarşı peyvənd edilməyə çağırırlar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR