Sağlamlıq
Ana südü: 500-600 kalori sərfi, stressdən qurtuluş
Ana südü uşağın inkişafı və sağlam qidalanması üçün əvəzolunmaz nemətdir. Ana südünün faydalı olması hər kəsə məlum olsa da, bu barədə bəzi vacib və maraqlı faktları bilmək də yararlı olardı.
Publika.az ana südü haqqında maraqlı məlumatları təqdim edir.
Bir dəfə ana südü ilə əmizdirmə zamanı 500-600 kalori enerji sərf olunur.
Ana südünün tərkibinin 87 faizi sudan təşkil olunduğu üçün o, qida olmaqla yanaşı, uşağın suya olan tələbatını tamamilə ödəyir.
Ana südünün tərkibində körpənin infeksiyaya qarşı mübarizə aparmasına kömək edən antikorlar və canlı ağ qan hüceyrələri var. Ana və ya körpə xəstələnəndə ana südündəki bu hüceyrələrin miqdarı artır.
Ağız südü (ilk ana südü) körpənin bağırsaq sistemini örtən xüsusi zülallardan ibarətdir ki, bunlar da körpəni zərərli bakteriyalardan qoruyur.
Əmizdirmə zamanı beyin prolaktin və oksitosin hormonlarını ifraz edir ki, bu da körpə ilə emosional əlaqə qurmağa, həmçinin stress atmağa kömək edir.
Ana südünün qoxusu və dadı yeyilən qidalardan asılı olaraq dəyişir. Körpə ana südü vasitəsilə müxtəlif qoxu və dadla tanış edilərsə, o, gələcəkdə qidalara qarşı daha az seçici yanaşacaq.
Körpə əlavə qidalanmaya keçdikdə, yeməyin tərkibindəki inək südü əvəzinə ana südü istifadə edilə bilər.
Ana südü həmişə ağ olmur. Nə yeyildiyindən və ya içildiyindən asılı olaraq mavi, yaşıl, sarı, çəhrayı və ya narıncı ola bilər. Narahat olmağa dəyməz, çünki bunun körpəyə ziyanı yoxdur.
Ana südünün miqdarı süd vəzisinin ölçüsündən asılı deyil.
Ana südünün miqdarı böyüyən körpənin ehtiyaclarını ödəmək üçün daim dəyişir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































