Sağlamlıq
Arıqlamaq istəyənlərə şad xəbər
Badam arıqlamaq istəyənlər üçün ən yaxşı
seçimdir.
Publika.az-ın məlumatına görə, artıq çəkidən xilas olmağa çalışan
adamların badama diqqət yetirmələrinə dəyər.
Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü iştahanı
boğa bilir. Badam aşağı qlikemik indeksə malikdir. Bu indeks həmin
məhsuldan istifadə olunduqda qanda şəkərin miqdarının sürətlə
artmasının göstəricisidir.
Badam şəkərin və insulinin sabit və yavaş artımını təmin edir ki,
bu da insanda uzunmüddətli doymaq hissinə zəmanət verir. Deməli,
badam insanı həddindən artıq qidalanmadan xilas edə bilər.
Alimlərin sözlərinə görə, badam xüsusilə şəkərli diabetdən əziyyət
çəkənlər üçün faydalıdır.
ABŞ-ın Perdu Universitetinin professoru Riçard Meytsin apardığı
təcrübə sübut edib ki, səhərlər badam yeyən adamlar daha çox tox
qalır, onların qanında şəkərin miqdarı səhər yeməyi və naharda
aşağı qlikemik indeksə malik məhsullardan istifadə edənlərə
nisbətən az olur.
Badam orqanizmi aldatmağa kömək edir və nəticədə insan orqanizmi
doymaq üçün daha kiçik həcmdə qida tələb edir.
AzərTAc
-
Hadisə19:45
Zavodda PARTLAYIŞ olub - TƏBİB-dən açıqlama
-
Hadisə19:35
“Zığ" zavodunda dəhşətli hadisə: 5 nəfər öldü
-
Ekologiya19:30
Azərbaycanda bu tarixdə güclü istilər olacaq: 50 dərəcədən yuxarı...
-
ABŞ18:06
Bayden oğlu ilə "vurula" bilər: Məhkəmədə utancverici hallar gözlənilir
-
Sosial17:37
Şagird yerdəyişməsi müvəqqəti dayandırıldı
-
Region17:00
Mirzoyanla Darçiaşvili telefonla danışdı: Müzakirədə Tavuş da olub
-
Magazin115:41
Aytən Səfərovanı efirə buraxmırlar?
-
Nida Xəbər 14:46
Xaricdə nikaha girmək istəyənlərin nəzərinə