Avropada həyəcan: 12 min adam virusa yoluxdu
Bizi izləyin

Sağlamlıq

Avropada həyəcan: 12 min adam virusa yoluxdu

Donuzlardan insana keçən MRSA virusunun insandan insana yayıldığını bildirən mütəxəssislər virusun əhatə dairəsinin getdikcə böyüdüyünü bildirib.

Axar.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, Danimarkada bu virusun daşıyıcılarının sayı artıq 12 mini ötüb.

Başqa xəstəliyi olan və ya immuniteti zəifləmiş insanlara ölümcül təsir edən virusun yayılması çox asandır. Mütəxəssislərin fikrincə, virus sağlam insanlarda bir müdət özünü göstərmir. Beləliklə də insan virusa yoluxduğunu bilmir.

Danimarkada 2009-ci ildə 43 adamda aşkarlanan virus getdikcə yayılaraq 2013-ci ildə 649, 2014-ci ilin ilk 7 ayı ərzində isə 575 adama yoluxub. Təkcə ötən ay 104 nəfər bu virusla xəstəxanalara müraciət edib.

İdanimarka Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, indiyə kimi 4 nəfər xəstəlikdən həyatını itirib.

Cənubi Danimarka Universitetinin mikrobiologiya professoru Hans Jorn Kolmos həyəcan təbili çalaraq artıq epidemiyanın nəzarətdən çıxdığını bildirib.

12 minə yaxın insanın virusa yoluxduğunu bildirən professor vəziyyətin olduqca kritik olduğunu dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm