Piylənmə riskini azaldan İÇKİ
Bizi izləyin

Sağlamlıq

Piylənmə riskini azaldan İÇKİ

Amerikalı diyetoloq Po Meyts piylənmə riskini azaldan içkidən danışıb.

Publika.az xəbər verir ki, mütəxəssis çay göbələyi (kombuca) içkisinin köməyi ilə artıq çəkidən xilas olmağın mümkün olduğunu hesab edir.

Həkimin sözlərinə görə, bu təsir onun tərkibindəki probiotiklərin orqanizmin mikroflorasını dəstəkləməsi ilə bağlıdır.

Meyts hesab edir ki, kombuca içkisi zərərli qazlı suyu əvəz edə bilər: "Onun içində qaz var, ona görə də əla əvəzedicidir. Arıqlamaq istəyirsinizsə, sodadan daha pis bir şey yoxdur, çünki onun tərkibində çoxlu miqdarda kalori və işlənmiş şəkər var".

Diyetoloq kombucanı sevməyənlərə isə yaşıl çay içməyi məsləhət görür: "Yüksək antioksidant tərkibi iltihabı azaltmağa kömək edir. Bu, arıqlamaqla əlaqəli başqa bir amildir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm