Bu vitaminlərin qəbulu xərçəng yaradır
Bizi izləyin

Sağlamlıq

Bu vitaminlərin qəbulu xərçəng yaradır

Üç vitaminin uzun müddət qəbulu xərçəngin inkişaf riskinin artmasına kömək edə bilər.

Publika.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “American Journal of Epidemiology” jurnalında dərc olunub.

Bildirilib ki, beta-karoten, retinol və lüteinin əlavə qəbulu ağciyər xərçənginin inkişafına səbəb ola bilər. Mütəxəssislər izah ediblər ki, bu maddələr qidadan alına bilər, lakin bəzi insanlar vitaminləri əlavə olaraq qəbul edirlər.

“Xərçəngin qarşısının alınması üçün, xüsusən də siqaret çəkənlər arasında beta-karoten, retinol və lütein ilə uzunmüddətli əlavələr tövsiyə etmirik. Xərçəngə tutulma riskini azaltmaq üçün meyvə və tərəvəzlərlə zəngin olan sağlam qidalanma menyusu tərtib edə bilərsiniz”, - araşdırmada qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm