Sağlamlıq
Bu rəng eynəklər gözlərinizi kor edə bilər! - SOS
Günəş eynəyindəki qırmızı, mavi və sarı linzalar gözlərə zərər verə bilər, rəng reproduksiyasını poza, gözlərdə təzyiqi artıra, hətta insanda aqressiyaya səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”-ya oftalmoloq Vladimir Ageyev məlumat verib.
“Qırmızı linzaların uzun müddət istifadəsi göz əzələlərinin həddən artıq gərginləşməsi ilə nəticələnir: gözlər tez yorulur, baş ağrıyır, insan özünü halsız hiss edir. Qırmızı rəng təkcə gözlərə deyil, həm də sinir sisteminə və psixoloji vəziyyətə pis təsir göstərir. Belə linzalar yorğunluğa səbəb ola və ya əksinə, insanı aqressiv və əsəbi edə bilər”, - həkim xəbərdarlıq edib.
Həkim bildirib ki, mavi linzalı şüşələr seçmək də tövsiyə edilmir - onlar torlu qişa üçün zərərli olan müvafiq rəngin günəş şüalarını keçirirlər. Bundan savayı, onlar düzgün rəng təzahürünün formalaşmasına mane olurlar. Sarı və ya narıncı linzaların faydalılığı qismən doğrudur. Onlar pis havada kontrastı və dərinliyi yaxşılaşdıraraq görməyə kömək edir, lakin günəşli havalarda gözlərdə təzyiqi artırdığı üçün onları kor edir.
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































