ÜST-dən XƏBƏRDARLIQ - Heyvanlardan keçən xəstəliklər artıb
Bizi izləyin

Sağlamlıq

ÜST-dən XƏBƏRDARLIQ - Heyvanlardan keçən xəstəliklər artıb

Afrikada 10 son ildə meymunçiçəyi, ebola və Lassa qızdırması kimi heyvanlardan insanlara keçən zoonoz xəstəlikləri artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama yayıb.

Bildirilib ki, 2001-ci ildən 2011-ci ilə qədər qitədə zoonoz epidemiyaların sayında 63 faiz artım olub. Təhlillər göstərib ki, 2001-ci ildən bəri Afrikada 1843 təsdiqlənmiş xəstəlik epidemiyası qeydə alınıb, onların 30%-i zoonoz xəstəliklərlə əlaqəli olub.

ÜST-ün Afrika üzrə Regional Direktoru Matşidiso Moetinin sözlərinə görə, heyvanlardan insanlara keçən xəstəliklərin artması çox güman ki, vəhşi təbiətdə artan urbanizasiya ilə bağlıdır. Proses həm də qitədə qidaya tələbatın artması və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlıdır.

Moeti xəbərdarlıq edib ki, təkmilləşdirilmiş nəqliyyat əlaqələri şəhərlərdə zoonotik patogenlərin təhlükəsini artırır, odur ki, Afrika yeni yoluxucu xəstəliklər üçün “qaynar nöqtə” ola bilər.

Moeti qitənin hər yerindən olan tədqiqatçıları zoonoz xəstəliklərin kökünü kəsmək üçün yaxından əməkdaşlığa çağırıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm