Meymunçiçəyinə yoluxan türk danışdı: “Qələm ucu boyda idi, sonra isə...” - VİDEO
Bizi izləyin

Sağlamlıq

Meymunçiçəyinə yoluxan türk danışdı: “Qələm ucu boyda idi, sonra isə...” - VİDEO

Bu ayın əvvəlində Londonda meymunçiçəyi virusuna yoluxduğu üçün xəstəxanaya yerləşdirilən 35 yaşlı Harun Tulunay xəstəlik müddətinin ağır keçdiyini deyib.

Publika.az xəbər verir ki, Harun Tulunay bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytına danışıb.

“Öləcəyimi düşündüm, bunu dəqiq xatırlayıram, yemək yeyə, maye qəbul edə bilmirdim, hətta tüpürcəyimi belə uda bilmirdim. İlk şikayətlər qızdırmadan başladı, əvvəlcə COVİD-19 olduğumu düşündüm, sonra narahat olmağa başladım. Limfa düyünlərim şişdi və ağrıyırdı. Qızdırmam 39,6 dərəcəyə qalxdı. Titrəməni kəsmək üçün ağrıkəsici və qızdırmasalıcı dərmanlar qəbul edirdim. 5-ci gün divanda uzandım, hərəkət edə və yata bilmirdim, özümü tək hiss etdim, ağrılarım isə dözülməz idi.

Meymun çiçəyi testinə göndəriləndə burnumda yalnız bir səpgi var idi. Təxminən bir qələm ucu ölçüsündə başladı, sonra böyüdü və daha ağrılı oldu. Boğazımdakı yaralara görə udmaq, yeyə və içə bilmirdim. Ağrılı idi. Analizinin müsbət çıxmasından sonra rahatladım, çünki indi nə olduğumu bilirdim. Amma yenə də qorxdum. Meymunçiçəyi olduğumu ağlıma gətirə bilməzdim, ağrının bu qədər şiddətli ola biləcəyini də düşünməmişdim. Nə qədər tənha olduğumu anladım. Dostlarımın və ya ailəmin məni ziyarət etməsinə icazə verə bilməzdim. Düşündüm ki, bu xəstəlikdən ölsəm, tək öləcəyəm.

Xəstəxanaya yerləşdirildikdən sonra simptomlar pisləşdi, 10 gün müalicə olunduqdan sonra evə buraxıldım. İstəyirəm ki, insanlar özünə baxsın və daha diqqətli olsunlar. Simptomlarınız varsa, özünüzü təcrid edin. Səpgi, qızdırma və əzələ ağrıları kimi simptomlara diqqət yetirin. Həmçinin öz sağlamlığınızın müdafiəçisi olun və hüquqlarınızı bilin. Peyvənd olunun. Əgər meymunçiçəyiinə yoluxmusunuzsa, müalicə olun” , - o, müsahibəsində dilə gətirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm