Meymun xəstəliyinin bugünədək məlum olmayan yeni əlamətləri
Bizi izləyin

Sağlamlıq

Meymun xəstəliyinin bugünədək məlum olmayan yeni əlamətləri

Cinsiyyət üzvlərinin şişməsi və rektal ağrılar meymunçiçəyi xəstəliyinin əlaməti ola bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “British Medical” jurnalı məlumat yayıb. “Guy’s and St Thomas’ NHS Foundation Trust” fondunun alimləri üç ay ərzində meymunçiçəyi xəstəliyinə tutulduğu təsdiqlənən 197 kişinin sağlamlıq vəziyyətini öyrəniblər. Verilən məlumatlara əsasən, mütəxəssislər xəstəliyin yeni simptomlarını müəyyən ediblər.

Tədqiqat nəticəsində 71 xəstənin düz bağırsağın ağrısından şikayət etdiyi və 31 nəfərdə cinsiyyət üzvlərinin şişdiyi məlum olub. Qeyd olunub ki, bəzi insanlarda bu əlamətlər dəridə səpgilər görünməzdən əvvəl özünü göstərməyə başlayır. Bundan əlavə, bütün müayinə olunan kişilərdə cinsiyyət orqanlarında və ya ağızda müxtəlif səpgilər əmələ gəlib. Eyni zamanda, eksperimentdə iştirak edən 197 kişidən 70-də HİV, 56 könüllüdə isə cinsi yolla keçən xəstəliklər aşkarlanıb.

Xəstələrin əksəriyyətində qızdırma, limfa düyünlərinin şişməsi və əzələ ağrıları kimi tipik meymunçiçəyi əlamətləri olub.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm