Yaşlanma prosesini necə ləngitmək olar? - Gerontoloq açıqladı
Bizi izləyin

Sağlamlıq

Yaşlanma prosesini necə ləngitmək olar? - Gerontoloq açıqladı

Bədənin qocalmasını və demansın inkişafını gecikdirmək üçün daha çox oxumaq, təhsillə məşğul olmaq, qan təzyiqinə nəzarət etmək, daha çox hərəkət etmək, pis vərdişlərdən xilas olmaq lazımdır.

Publika.az xəbər verir ki, bu sözləri gerontoloq-geriatr, tibb elmləri doktoru Kirill Proşçayev deyib.

“Öyrənmək və yeni məlumatlar əldə etmək, xarici dilləri öyrənmək, ekskursiyalara getmək, kitab oxumaq heç vaxt gec deyil. Bütün bunlar koqnitiv ehtiyatın yaranmasına kömək edir. Həmçinin sübut olunub ki, fiziki aktivliyi az olan insanlarda bu funksiyalar yaşla daha da zəifləyir. Ekoloji cəhətdən əlverişsiz ərazilərdə yaşayan insanlar təbiətdə daha çox olmalıdırlar. Bu, beynin fəaliyyətinə də faydalı təsir göstərir”, - Proşçayev Ura.ru-ya müsahibəsində bildirib.

Gerontoloq izah edib ki, ÜST belə bir məşq sxemini təklif edir: - həftədə 150 ​​dəqiqə yüksək intensivlikli və ya 300 dəqiqə orta intensivlikli məşq; 2-3 dəfə güc məşqləri və həftədə bir neçə dəfə balans məşqləri. İnsan nə qədər çox hərəkət edərsə, qocalıqda onun koqnitiv funksiyaları bir o qədər yaxşı olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm