İLK DƏFƏ: Meymunçiçəyi geydən köpəyinə keçdi - Fransa ŞOKDA
Bizi izləyin

Sağlamlıq

İLK DƏFƏ: Meymunçiçəyi geydən köpəyinə keçdi - Fransa ŞOKDA

Dünyada yoluxma hallarının sürətlə artması ilə əlaqədar ciddi narahatlıqlara səbəb olan meymunçiçəyi virusu ilk dəfə insandan ev heyvanına keçib.

Publika.az xarici mətbuata istinaədn xəbər verir ki, Fransada gey cütlüyün itinin meymunçiçəyi xəstəliyinə yoluxduğu bildirilib. Parisdə yaşayan və çox partniyorlu həyat sürdüklərini bildirən cütlük itin onların yatağında yatdığı qeyd edib.

4 yaşlı italyan tazı it cinsinin dərisində yaralar əmələ gəldiyini görən cütlük vəziyyətdən şübhələnib. İt üzərində aparılan testlərdə meymunçiçəyi virusu aşkar edilib.

“Lancet” tibb jurnalı iyun ayında meymunçiçəyi virusuna yoluxmuş cütlüyün ağır xəstəlik keçirdiklərini və dərilərində böyük yaralar olduğunu yazıb. Mövzu ilə bağlı jurnal onu da qeyd edib ki, bugünədək virusun endemik olduğu ölkələrdə virus yalnız vəhşi heyvanlarda rast gəlinirdi.

Mütəxəssislər meymunçiçəyi virusunun insandan heyvana keçmə ehtimalına diqqət çəkərək, xəstəliyə yoluxanlara heyvanlarla təmasdan uzaq durmağı tövsiyə ediblər.

Belçikanın KU Leuven Universitetindən təkamülçü bioloq professoru Tom Uenselirs virusun köpəyə keçməsinin mümkün mutasiyadan xəbər verdiyini qeyd edib. “Bu hadisə məni maraqlandırdı, çünki xəstəliyin ötürülmə yolu ilə bağlı bir şey dəyişə bilər” , - Uenselirs Twitterdə yazıb.

Xatırladaq ki, xəstəliyi “Qlobal fövqəladə vəziyyət” elan edən Ümumdünya Səhiyyə Təşkilatı ötən həftə meymunçiçəyi virusunun adını dəyişdirəcəyini açıqlamış və ictimaiyyəti tövsiyələrə əməl etməyə çağırmışdı.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm