QRİP koronavirusdan daha QORXULU OLACAQ
Bizi izləyin

Sağlamlıq

QRİP koronavirusdan daha QORXULU OLACAQ

Qripə yoluxan xəstələrdə infeksiyanın ağır gedişi ehtimalı indi COVİD-19 ilə müqayisədə daha yüksəkdir və qrip epidemiyasının başlayacağı istisna edilmir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Tibb Akademiyasının Virusologiya kafedrasının müdiri, tibb elmləri doktoru Yelena Malinnikova deyib. Malinnikova RİA novosti-yə müsahibəsində bildirib ki, qripin koronavirus infeksiyasından daha ağır olması ehtimalı daha çoxdur.

Mütəxəssis vurğulayıb ki, bu gün Ümumdünya Səhiyyə Təşkilatı, virusoloqlar, bakterioloqlar, infeksionistlər icması əhalini qripin gizli təhlükəsi barədə xəbərdar edirlər. “Virusun antigen strukturunun dəyişməsi riski var (xüsusən bu, H3N2 virusuna aiddir), epidemiya ola bilər”, - infeksionist yekunda qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm