Sağlamlıq
Elektron siqaretlərin yeni bəlası
Siqaret çəkmək əleyhinə yaradılmış elektron siqaretlər sağlamlığa ağır ziyan vurur.
Gecce.az milli.az-a istinadən bildirir ki, elektron siqaretlər
narkotiklərin qeyri-qanuni dövriyyəsinə yol açır.
Mütəxəssislər hesab edirlər ki, adi siqaretlər kimi, onların
elektron variantı da marixuana və kokain kimi qadağan olunmuş
vasitələrə aludəçilik riskini artırır.
Alimlər həmçinin qeyd edirlər ki, tütünün tərkibindəki bir çox
toksik birləşmələri aradan qaldıran elektron siqaret eyni zamanda
"təmiz nikotinə" güclü alışmaya səbəb olur.
Siçanlar üzərində aparılan tədqiqatlar göstərib ki, nikotin beynin
biokimyasını dəyişir və kokainə kəskin tələbat yaradır.
İnsan üzərindəki sonrakı tədqiqatlar göstərdi ki, enyi hal insan
orqanizmində də təkrarlanır: keçmiş siqaret aludəçiləri kokainə
meyllənirlər.
Hesab edilir ki, elektron siqaret böyük "staja" malik
siqaretçəkənlər arasında populyardır. Hazırda isə elektron
siqaretin "pərəstişkarları" arasında yeniyetmə və gənclərin sayı
artır.
Elektron siqaretlərin tarixi qədim deyil: 1963-cü ildə ABŞ-ın
Pensilvaniya ştatının Biver Fols şəhərinin sakini Herbert Gilbert
"tüstüsüz tütünsüz siqaret"ə patent aldığı vaxtdan başlayır.
Onun kəşf etdiyi cihaz nikotin məhlulunu buxar halına gələnədək
ehtiyatla qızdırır, yanan tənbəki və kağızın tüstüsünü əvəz
edirdi.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib