Yoluxmalar yenidən artdı - SOS
Bizi izləyin

Sağlamlıq

Yoluxmalar yenidən artdı - SOS

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyası ilə bağlı yenidən həyəcan təbili çalınıb.

Publika.az xəbər verir ki, İngilis “Daily Mail” qəzetindəki xəbərdə mütəxəssislər son bir həftədə koronavirusa yoluxmaların 14 faiz artdığını açıqlayıblar. Bildirilib ki, Omikron ştammı həm yoluxma, həm də peyvənd nəticəsində yaranan immunitetə müqavimət göstərə bilir.

“COVİD-19-un yeni dalğası bu qış səhiyyə sistemini yükləyə bilər və biz növbəti dalğanın başlanğıcının şahidi ola bilərik”, - ingiltərəli ekspertlər açıqlamada bildirib.

Rəsmilər peyvəndlərin təsirsiz olduğu Omikron variantının ciddi problem yarada biləcəyini qeyd edib. Vurğulanıb ki, bu, iyulun ortalarında yaydakı dalğadan sonra ilk böyük sıçrayışdır. Yoluxmaların artması istisma edilmir.

COVİD-19 platforması ZOE tətbiqinin həmtəsisçisi, professor Tim Spektorun sözlərinə görə, hazırda yeni bir dalğanın başlanğıcındayıq:

“Bu dəfə biz yaşlı insanların əvvəlki dalğadan daha tez təsirlənəcəyini və xəstələnəcəyini gözləyirik. Hazırda COVİD-19 xəstəliyinin üçdə ikisi boğaz ağrısı ilə başlayır. Yüksək hərarət və qoxu itkisi indi nadirdir, odur ki, yaşlılar COVİD-19-a tutulduqlarını düşünmürlər. Boğazı ağrıyanlar da eyni səbəbdən müayinə olunmur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm