Avropada qripə yoluxma kəskin şəkildə artdı
Bizi izləyin

Sağlamlıq

Avropada qripə yoluxma kəskin şəkildə artdı

Avropada qrip və tənəffüs yolları xəstəlikləri ciddi şəkildə artıb.

Publika.az xarici mediaya istinaədn xəbər verir ki, xüsusilə uşaqların xəstəliyi ağır keçirdiyi bildirilib. Qeyd olunub ki, bir çox ölkədə isə antibiotik kimi dərmanların tədarükündə çətinliklər yaşanır. Yüksək hərarət, qusma və oynaq ağrısı kimi əlamətlərə səbəb olan tənəffüs xəstəlikləri ilə mübarizə üçün istifadə edilən dərmanların təchizatında ciddi problemlər mövcuddur.

Qeyd olunub ki, Çində koronavirusla bağlı elan edilən məhdudiyyətlər nəticəsində tədarük zəncirində fasilələr yarana bilər.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının dekabrın 23-də dərc etdiyi hesabatda H3N2 virusunun və qripə yoluxma hallarının geniş yayıldığını açıqlayıb. Virusun daha çox yayıldığı Şimal Yarımkürə ölkələrinə xəstəxanaya yerləşdirmə və ağır infeksiya risklərini azaltmaq üçün peyvənd kampaniyasını artırmağa çağırılıb.

Qeyd olunub ki, Avropa və Mərkəzi Asiyada, ümumilikdə Avropada A(H3N2), Mərkəzi Asiyada A(H1N1) tipli qripə yoluxma halları artmaqdadır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm