İki dəfə və daha çox qaynadılmış suyu içmək olar?
Bizi izləyin

Sağlamlıq

İki dəfə və daha çox qaynadılmış suyu içmək olar?

Bəzən deyirlər ki, iki dəfə qaynadılmış su içmək üçün yararsızdır, çünki tərkibində zərərli birləşmələr əmələ gəlir. Odur ki, bir çoxumuz çaydanı hər dəfə boşaldır və təzə su ilə doldururuq. Bəs iki dəfə qaynadılmış su həqiqətən zərərlidir?

Publika.az xarici mətbuata istinadən verir ki, Pekin Pedaqoji Universitetinin alimləri bu sualın cavabını öyrənməyə qərar veriblər.

Təcrübə üçün xlorlamadan sonra təmizləyici qurğudan keçən şəhər şəbəkəsindən kran suyu istifadə edilib. Maye əvvəlcə buxar qazanına tökülüb, induksiya ocağının üzərinə qoyulub və səbirlə 18 dəfə qaynadılıb. Hər qaynamadan sonra nümunələr götürülüb.

Alimlər alınan nümunələrdə dəmir, maqnezium, mis, xlor, selen və digər elementlərin göstəricilərini öyrənmək üçün təhlillər aparıblar. Bundan əlavə, suyun dad xüsusiyyətləri və qoxusu ciddi şəkildə qiymətləndirilib. Məlum olub ki, bütün göstəricilər normal həddədir. Təkrar qaynamadan sonra dəyişən yeganə göstərici pH balansı olub.

"Tez-tez və ya uzun müddət qaynayandan sonra kran suyu, hətta qızdırılana qədər də keyfiyyəti sanitar normalara uyğun olarsa, içmək üçün təhlükəsizdir. Beləliklə, gündəlik həyatda yenidən qaynadılmış suyun tərkibi və xassələri barədə narahat olmağa dəyməz, bu, dəyişməyəcək" , - alimlər araşdırmada nəticələri barədə danışarkən qeyd edib.

Tədqiqatın nəticələri "The Journal of Water and Health" jurnalında dərc olunub.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm