Sağlamlıq
Virusoloq Çində yayılan quş qripindən danışdı

Hazırda quş qripi virusu insandan insana asanlıqla keçə bilmir, ona görə də epidemiya təhlükəsi yaratmır.
Publika.az xəbər verir ki, bu sözləri "Kp.ru"ya müsahibəsində Çində bu infeksiyadan ölüm faktını şərh edən virusoloq Anatoli Altşteyn deyib.
"Bu virus insandan insana çox zəif ötürülür. Çox yüksək doza, birlikdə yaşayan insanların yaxın təması lazımdır. Bu tip viruslar yoluxmuş insan üçün təhlükəlidir, lakin çox güman ki, alov kimi yayılan epidemiyaya səbəb ola bilməz", - həkim qeyd edib.
Həkim Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının H3N8-in itlərdə və atlarda ötürülməsi barədə verilən məlumatından da danışıb. Altşteyn hesab edir ki, quş qripinin bu variantı heyvanlar arasında yayılmayacaq. Viroloqun sözlərinə görə, çox güman ki, infeksiyaya yoluxmalarında çox ciddi artım olmayacaq.
Məlumat üçün bildirək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bununla əlaqədar olaraq bu ölkələrdən quş idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Bu gün isə Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Çində “H3N8” quş qripindən dünyada ilk insan ölümü faktı qeydə alınıb. 59 yaşlı qadın infeksiyadan dünyasını dəyişib.
Aytən Məftun

-
İdman16:27
Devid Bekhemin gəlini: Görün bu gözəl kimin nəvəsidir - FOTOLAR
-
Rəsmi xronika15:56
İlham Əliyev bu qanunları təsdiqlədi
-
MDB15:18
Putin onu vəzifəsindən azad etdi
-
Rəsmi xronika14:47
Prezident bir qrup şəxsi təltif etdi
-
Region14:42
Ermənistan müsəlmanların puluna göz dikib: Bu ərəb ölkələri üçün...
-
MDB13:42
Hüseyn Həsənov ruslara belə kələk gəlib: 100 milyonluq mənzilini onun adına keçirib ki...
-
Sosial12:38
Sabah 31 dərəcə isti olacaq
-
Dünya11:48
Rusiyanın NATO-ya hücum edəcəyi tarix açıqlandı - Bu ölkələr təhlükədədir