Daha bir ana ölümü
Bizi izləyin

Sağlamlıq

Daha bir ana ölümü

Bərdə Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Publika.az-a verdiyi məlumata görə, ötən gün 30 yaşlı Mirzəyeva Sitarə Bini qızı xəstəxanaya gətirilib.

“9-10 həftəlik hamilə olan qadın ölü döllə xəstəxanaya gətirilib. Ona ilkin düşük diaqnozu qoyulub. 15:05-də xəstəxanaya daxil olub, o USM edilib, qan analizi götürülüb. 15:40 radələrində döl bədənindən çıxarılmadan ölüb”.

S.Əhmədova artıq meyitin ekspertiza edildiyini və məlumatların Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyasına göndərildiyini bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm