Yaddaşınız zəifləyib, tez yorulursunuz? - Bu xəstəliyin əlamətləri ola bilər! - SOS
Bizi izləyin

Sağlamlıq

Yaddaşınız zəifləyib, tez yorulursunuz? - Bu xəstəliyin əlamətləri ola bilər! - SOS

Emosional və fiziki gərginlik zamanı, ürək daha çox işlədiyi üçün damarlarının daralması səbəbindən ürəyə kifayət qədər qan gəlmir. Belə olan halda ürəyin hansısa kiçik bir hissəsinin kifayət qədər qan almaması səbəbindən, ürək nahiyəsində ağırlıq, sıxılma kimi narahatedici hissiyyatlar əmələ gəlir. Bu hissiyyatlar sonradan ağrı hissiyyatı ilə də əvəz oluna bilərlər.

Publika.az xəbər verir ki, bu sözləri ürək damar cərrahı Ramil Əliyev deyib.

O, bildirib ki, bu xəstəlik​ stenokardiya​ adlanır. Bu hal uzun müddət ərzində, saatlarla davam edərsə, bu, müəyyən bir sahədə ürək əzələsinin (miokardın) məhv olmasına (infarktına) səbəb ola bilər.

"Ürəyin qidalanmasının pisləşməsi nəticə etbarı ilə, ürək əzələlərində tədricən birləşdirici toxumanın (çapıq) artmasına səbəb olur ki, bu da son nəticədə​ kardioskleroz​ (“skleroz” – çapıq) adlanan patoloji dəyişikliyə səbəb olur. Kardioskleroz isə öz növbəsində, ürək ritminin pozulmasının (aritmiya) və ürək çatışmazlığı yaranmasının səbəbi ola bilər.

Beyin damarlarının aterosklerozu əmək qabiliyyətinin (xüsusilə, əqli iş qabiliyyətinin) azalması, yaddaşın pisləşməsi, tez yorulma kimi əlamətlərlə özünü büruzə verir. Beyin damarlarının tutulması nəticəsində isə​ insult​ (beyin toxumasının müəyyən bir sahədə məhv olması) baş vermiş olur", - həkim yekunda qeyd edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm