Sağlamlıq üçün ən təhlükəli dieta
Bizi izləyin

Sağlamlıq

Sağlamlıq üçün ən təhlükəli dieta

Tez arıqlamaq üçün məşhur yollardan biri olan mono pəhriz sağlamlığın düşmənidir.

“Tək alma üzərində həftədə 5 kq-a qədər arıqlamaq olurr”, “səhər, nahar və şam yeməyi üçün suda qaynadılmış yulaf əzməsi yemək lazımdır” kimi fikirlər sosial şəbəkələrdə dolaşmaqdadır.

Publika.az medicine.az-a istinadən xəbər verir ki, həkim– diyetoloq Marina Sorokinanın sözlərinə görə, bu cür məhdudlaşdıran pəhrizlərdən orqanizm heç bir fayda görmür.

“Əgər uzun müddət yalnız bir növ yemək yeyirsinizsə, bu, qadınlara gözəllik qatmayacaq. Üstəlik, itirilmiş hər şey çox tez yerinə qayıdacaq.

Bu artıq suyun atılması və əzələlərin tükənməsi səbəbindən baş verir. Normal miqdarda kaloridən məhrum olan bədən onları əzələlərdən çəkir.

Yeri gəlmişkən, mono-pəhriz cəmiyyətdə qastrit, mədə xorası, dəmir çatışmazlığı anemiyası və şəkərli diabet kimi təhlükəli xəstəliklərin inkişafına səbəb olan məşhur pəhrizlərdəndir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm