Bu ölkə Ebolaya qalib gəldi
Bizi izləyin

Sağlamlıq

Bu ölkə Ebolaya qalib gəldi

Ümumdünya Səhiyyə Təşkilatı Ebolaya qalib gələn ilk ölkənin adını açıqlayıb.

Publika.az-ın “France-Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Bəyanatda vurğulanır ki, Seneqalda bu xəstəliyə yoluxma ilə bağlı son fakt 29 avqustda qeydə alınıb. Nigeriya isə 20 oktyabrda Ebola virusu üzərində qələbəsini elan edə bilər.

Qeyd edək ki, əgər ölkədə 42 gün ərzində virusa yeni yoluxma halı qeydə alınmazasa, epidemiya ləğv edilmiş hesab olunur. Bu müddət isə xəstəliyin ikiqat inkubasiya dövrü kimi qəbul edilir.

Ebola virusu ilk dəfə 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb. Xəstəlik sonradan Syerra-Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa yoluxma halları ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 8,5 min insan Ebola virusuna yoluxub. Onlardan dörd mindən çoxu ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm