Asanlıqla arıqlamağın sirri açıldı
Bizi izləyin

Sağlamlıq

Asanlıqla arıqlamağın sirri açıldı

Kökəlməmək üçün yediyiniz yeməklərin kalorisini saymaq vacibdir.

Publika.az xəbər verir ki, bu barədə endokrinoloq Natalya Tananakina məlumat verib. Onun sözlərinə görə, kişilərin təxminən yarısı, qadınların isə üçdə birindən çoxu artıq çəki problemi ilə üzləşir. Bir çox insan bununla mübarizə aparmağa çalışır, lakin qaydalara əməl etməsəniz, pəhrizlər nəticə verməyə bilər.

"Yadda saxlamaq lazımdır ki, sağlam qidalanmanın əsas prinsipi istehlak edilən kalorilərlə fiziki fəaliyyət arasında tarazlıqdır. Buna görə də, bədənə kalorilərin qəbulu enerji xərclərini üstələyəndə biz artıq çəki qazanırıq", - ekspert riamo.ru-ya açıqlamasında bildirib.

Ümumiyyətlə, Tananakinanın sözlərinə görə, insanların çoxuna çəkini stabil saxlamaq üçün gündə təxminən 2000-2500 kalori lazımdır, lakin bu rəqəm cins, yaş, fiziki fəaliyyət və maddələr mübadiləsi kimi bir sıra amillərə görə dəyişə bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm