Azərbaycanda uşaqların kütləvi müayinəsinə başlanılıb
Bizi izləyin

Sağlamlıq

Azərbaycanda uşaqların kütləvi müayinəsinə başlanılıb

Səhiyyə Nazirliyi Uşaq poliklinikalarında həkim-mütəxəssislərdən ibarət təşkil edilmiş briqadalar tərəfindən təhsil müəssisələrində uşaqların dispanserizasiyadan keçirilməsinə başlanıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hazırki dövrə qədər məktəblilərin 88,2 faizi dispanserizasiyadan keçirilib. Təxminən 30 faizə qədər uşaqlarda aşkar edilmiş xroniki xəstəliklər və müxtəlif patoloji vəziyyətlərə görə onlar Uşaq poliklinikalarında əlavə müayinəyə cəlb edilib, tələb olunan hallarda stasionara göndərilib və bu uşaqların sağlamlaşdırılmasına başlanıb.

Təhsil müəssisələrindəki uşaqlarla yanaşı uşaq bağçalarına gedən və evdəki qeyri-mütəşəkkil uşaqların icbari dispanserizasiyasının da paralel olaraq aparılması davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm