Yaydan necə sağ çıxaq? - Kardioloq məsləhəti
Bizi izləyin

Sağlamlıq

Yaydan necə sağ çıxaq? - Kardioloq məsləhəti

Havaların kəskin istiləşməsi ilə əlaqədar səhhətimizdə dəyişiklik baş verir. Orqanizm istiyə alışana qədər günlük iş rejimi alt–üst olur. İstilərdən sağ-salamat çıxmaq üçün isə bəzi ehtiyat tədbirləri var ki, uşaqdan böyüyə hamı əməl etməlidir.


Mərkəzi Klinik Xəstəxananın kardioloqu Təranə Eyvazova Publika.Az-a bildirdi ki, yayda havanın hərarətinin yüksəlməsi istiyə həssas insanların orqanizmində problem yaradır. Belə ki, isti havada ultrabənövşəyi şüaların təsiri nəticəsində qan təyziqi yüksək olan, hipertaniyadan əziyyət çəkənlərin səhhəti pisləşə bilər. Günvurmadan başqa istivurmadan da qorunmaq vacibdir. İstinin gətirdiyi əsəb gərginliyi impulsivliyi artırır. Eyni zamanda, qan təyziqinin düşməsi bayılmalara səbəb ola bilər.

Tərləmə artıdığına görə böyrəklərin funksiyasında “istirahət dövrü” yaranır. Ona görə də qan qatılaşır. Qanın qatılaşması isə qan təyziqinin yüksəlməsinə, ürəyin işemik xəstəliyinə, insulta səbəb ola bilər.
İstidən qorunmaq üçün günün qızmar saatlarında küçəyə çıxmaq orqanizm üçün təhlükəlidir. Əsasən də azyaşlıların səhhətinə nəzarət etmək lazımdır. Günəşdən qorunmaq üçün papaqlardan, çətirlərdən istifadə etmək vacibdir.

Təranə Eyvazova onu da qeyd etdi ki, təkcə günvurmadan yox, istidən də ürək sıxılma, əsəb gərginliyi müşahidə oluna bilər. Küçəyə əlində sadə, soyuq su ilə çıxmaq təhlükəni azaldar. Qazlı su isə gərginliyi azaltmaq yerinə, daha da artırır.

Günay Muradlı
Publika.AZ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm