2015-ci ildə Ebolanın kökü kəsiləcək
Bizi izləyin

Sağlamlıq

2015-ci ildə Ebolanın kökü kəsiləcək

Gələn ilin sonunadək Ebola virusnun tam qarşısını almaq mümkün ola bilər.

Publika.az-ın məlumatına görə, bu barədə BMT Baş katibinin Ebola ilə mübarizə üzrə xüsusi elçisi Devid Nabarron deyib.

O deyib ki, son bir ayda Ebolaya qarşı görülmüş fövqəladə qlobal cavab tədbirləri virusun yoluxma hallarını bir ilə tam aradan qaldırmağa ümid verir.

"Son dörd həftədə Qərbi Afrikanın bəzi rayonlarında virusun yayılma sürəti bir qədər azalsa da, başqa “qaynar nöqtələrdə” xəstəlik bir ay bundan əvvəlki sürətlə yayılmaqdadır. Bu gün Qvineyada, Liberiyada və ya Syerra-Leonedə xəstəxana çarpayılarının sayı iki ay bundan əvvəlkindən beş dəfə çoxdur. Bu, ölüm və yeni yoluxma hallarının sayının azalmasına kömək edir. Bununla belə xəstəliyi cilovlamaq üçün lazımi tədbirlərin hətta dörddə biri görülməyib. Keçən ay fövqəladə qlobal cavab tədbirləri və Ebolanın tüğyan etdiyi üç ölkədə yerli əhalinin səfərbərliyi ilə əlaqədar iki digər pozitiv cəhətə diqqəti cəlb etmək istəyirəm. KİV-lərdə kütləvi kampaniya keçirilməsi və yerli liderlərin epidemiyaya qarşı mübarizəyə cəlb edilməsi tədbirləri bu səfərbərliyə kömək göstərib”, elçi əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm