Sağlamlıq
Qadın döşləri barədə bilmədikləriniz...
Döş baxımı nədir?
Hər bir qadın döşlərinin gözəlliyinin zamanla azalmasından narahat
olur. Dar alt paltarı seçərək onları dik tutmağa çalışır. Döşlər
hətta ilk hormonların fəaliyyəti ilə böyüməyə başlayanda da irsi
olaraq çatlar meydana gətirə bilir.
Dərinin elastikliyinə dəstək olan kremlər istifadə etmək üçün
yeniyetməlik dövrü doğru zamandır. (Gənc qızınız varsa bir ana
olaraq borcunuz ona düzgün büstqalter seçmək və sürətli böyümə ilə
vücudda çatlaqlar yaranmağa başladısa elastiklik artıran kremlər
almaqdır.)
Bədəninizin yağ və döş vəzilərindən ibarət olan bu orqanında əzələ
yoxdu. Boynunuzdan çənə altından başlayıb belə qədər enən dəri
üzərində asılı durur.
Dolayısıyla döşlərin sallanmasında bu dərinin boşalması rol
oynayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döş, elastikliyini
itirir, zamanla dəri yenilənməsi yavaşladıqca, hüceyrələrdəki
köhnəlmə dəri üzərində də müşahidə olunur və diriliyini itirmiş,
toxuması yumşalmış döşlər yaranır.
Sallanmaya qarşı nə tədbir görməli?
İdman edərkən, atlanıb-düşərkən, qaçarkən mütləq büstqalter
geyinin. Öz ağırlığıyla dərinin elastikliyini pozmasına icazə
verməyin.
Isti su ilə çimməkdən, saunalardan, hamamdan çəkinin. Kisə, peeling
kimi dərinin üzərinə basaraq edilən əməliyyatları dərini
dartışdırmadan və ən incə hərəkətlərlə edin.
Büstqaltersiz günəş vannası qəbul etməyin.
Dekolteni yüksək faktorlu qoruyucularla, günəşin dərinin
elastikliyini zədələyən şüalarından qoruyun.
Təzyiqli soyuq su masajının sinəyə dirilik gətirdiyini unutmayın.
Duşdan çıxmadan əvvəl bir neçə dəqiqə dairəvi hərəkətlərlə, dözə
biləcəyiniz soyuqluqda soyuq su tutun.
Dərinizi sağlam saxladığının müddətdə döş diriliyini də
saxladığınızı bilin. Sıxlaşdırıcı və döş dərisini nəmləndirən
xüsusi qulluq vasitələrini 25-28 yaşlarından etibarən istifadəyə
başlayın.
Döşlərinizin gözəlliyi haqqında fikirləşmək üçün hamiləlikdəki
böyümə və sallanma halını gözləməyin. Qulluq etmək üçün bu
mərhələləri gözləsəniz sonrada alacağınız nəticələr o qədər də
ürəkaçan olmaya bilər.
İdman edin. Kürək, qolun üstü və çiyinləri inkişaf etdirən hər
hərəkət döş diriliyinə də köməkdir.
Pəhriz saxlayarkən döşlərinizin də balacalandığını nəzərə alaraq
qulluq üsullarından istifadə edin.
Üzün, xalça silin, pəncərə təmizləyin və s.
Döş dikəldən idmanlar
Əllərinizi döşlərin önündə, alqışlarmış kimi ovucları bir-birini
yapışıq saxlayın. Əllərinizi sıxın, 3-5 saniyə sıx tutub buraxın.
Təkrarlayın.
Divara 1 metr məsafədə, üzünüzü divara tərəf çevirin. Əllərinizi
ovuzlarınız divara yapışacaq şəkildə qoyun. Ayaqlarınızı yerindən
tərpətmədən divarı itələyin, özününzü geri atıb təkrar divara
düşərkən ovuclarınızı qoyun. Bu itələmə hərəkətlərilə boyun, qol və
döş altından uzanan əzələlərin hamısı işləyəcək.
Döş çatlaqları
Döş maskaları, diriliyi təmin edən toniklər, yosun kremləri,
vitaminlər və aktiv maddələrlə qulluq mütləq görüntüdə müsbət
nəticələr almanıza kömək edəcək. Ancaq çatlaqlar yaranandan sonra
yox edilməsi mümkün olmur. Kim sizə çatları “yox edəcəyini” vəd
edirsə bilin ki, doğru deyil. Çatlar yox olmur!
Döşləri dikləşdirmək üçün nə edilməlidir?
Soya tərkibli, yeniləyən, canlandırıcı xüsusiyyəti olan
dolğunlaşdırıcı, dikləşdirici kremlər və döşlərin altındakı yağ
vəzisini çoxaltmağa xidmət edən aktiv yağları olan jellərdən də
faydalana bilərsiniz. Jel halında və əsasən yağlardan ibarət
olanlar dərini anında gərginləşdirdiyindən, dekolte geyəcəyiniz bir
dəvət, yaxud toy mərasimi üçün sizə təcili nəticə də gətirən
kosmetikalardandır. Dərhal təsiri görünür və uzun müddət istifadədə
kollagen istehsalını tezləşdirdiyindən diriliyin qalıcı olmasına da
kömək edir. Döş ətrafına altdan başlayaraq dairəvi hərəkətlərlə
hopdurulana qədər çəkilir, qurumağı gözlənilir.
Döşlərin üstündən dartaraq yuxarı yapışdıran şəffaf bantlardan da
yayda qoluaçıq koftalar geyinərkən faydalana bilərsiniz.
Hazırladı: Sahilə
Publika.Az
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı