Xanımlar üçün resept: Pivənin içinə bir-iki damcı...
Bizi izləyin

Sağlamlıq

Xanımlar üçün resept: Pivənin içinə bir-iki damcı...

Qvinet Peltrou və zeytun yağı


Yarım fincan zeytun yağını saç diblərinə və dərisinə masajla yedirir və bir gün saçlarını yumur. Ertəsi gün saçlarını şampunla yuduqda solğun saçları yenidən həyata dönmüş olur.

Gizel Bundxen

Şampundan sonra istifadə etdiyi vasitələri saçlarından tamamilə yumadığını deyən xanım saçlarındakı rəng itkisinin azlığını da buna bağlayır.

Nikol Kidman və qızılgül suyu

Avstraliyalı məşhur aktrisa qızılı saçlarının rəngini qızılgül suyunda olan təbii qırmızı piqmentlərlə qoruyurmuş.

İnes de la Fressange

Bir şüşə suyun içinə 3 xörək qaşığı sirkə qatın və şampunlayıb duruladığınız saçınıza çəkin. Bu da sizə parlaq saçlar!

Naomi Lenor

Qıvrım saçlarına zeytun yağı və yumurta sarısıyla bir maska edib, bütün gecə saçlarında saxlayır. O saçlarının yumşaqlığını da buna bağlayır.

Sindi Krouford

Təyyarə səyahətlərindən əvvəl saç baxım kremi çəkib, yumadığı saçlarla səfər edən Krouford bu üsulun saçlarının daha yumşaq etdiyini deyir.

Ketrin Zeta Cons

Saçlarına parlaqlıq vermək üçün bal və pivə maskası edirmiş.

Amanda Sters

Son durulamada saçlarına limon suyu sıxan xanım bu üsulun sarı saçların rəngini qoruduğunu və onlara yumşaqlıq verdiyini deyir.

Ancelina Coli

Saçlarına həcm vermək üçün saç diblərinə “talk” pudrası vurub darayırmış. Həmçinin aktrisa saçlarının parlaqlığının sirri kimi də çay suyunu göstərir. Coli qara çay bitkisini qaynadıb soyuduqdan sonra saçlarını bu su ilə yuyur.

Demi Mur

Saçlarını duruladıqdan sonra az zərər görmələri üçün onların bir müddət soyuq suda saxlayırmış.

Elison Paradis

Vanessa Paradisin kiçik bacısının saçlarının yumşaqlığının sirri şampunun içinə az miqdarda vücud geli qatmağında imiş.

Cennifer Lopez

Parlaq saçlarının sirrini açıqladı: pivə. O saçlarını duruladıqdan sonra, ya da saç maskası olaraq pivədən istifadə edir. Tünd rəngli pivə saçlara daha yaxşı təsir edirmiş. Əgər saçlarınız çox qurudursa, pivəyə bir neçə damcı zeytun yağı əlavə edin və alınan qarışımı saçınıza maska kimi çəkin.

Melani Qriffit

Saçlarına parlaqlıq vermək üçün badam yağından istifadə edir.

Merilin Monro

Parlaq saçlara qovuşmanın tək yolunu suda görürmüş. Monro həyatda olduğu müddətdə saçlarını sadəcə içməli su ilə yuyurmuş.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm