Bütün sağalmaz xəstəliklərin çarəsi tapıldı
Bizi izləyin

Sağlamlıq

Bütün sağalmaz xəstəliklərin çarəsi tapıldı

ABŞ-ın Virciniya Universitetində çalışan bir qrup alim sağalmaz xəstəliklərin bütün növlərinə qarşı mübarizənin nadir üsulunu tapıblar.

Alimlərin verdikləri xəbərlərə görə, çox tezliklə onlar QİÇS, xərçəng, Ebola qızdırması və digər ağır xəstəliklərə qalib gələ biləcəklər.

Məlum olduğu kimi, tədqiqatçıların qarşıya qoyduqları əsas məqsəd orqanizmdə hüceyrələrin quruluşuna cavabdeh olan GRP78 zülal-şaperonundan ibarət hədəfi məhv etməkdir. Məsələ burasındadır ki, bu siyahıya hətta Ebola virusu kimi sağalmaz xəstəliklər də daxildir. Zülal-şaperona təsir göstərən lazımi preparat bu virusu nəzarət altında saxlamağa imkan verəcək.

Tədqiqatçılar öz araşdırmalarında qeyd ediblər ki, avropalı həmkarları onların kəşfini yüksək qiymətləndirərək deyiblər ki, bu ixtira “daha səmərəlidir və əlavə xərc tələb etmir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm