Sağlamlıq
Antibiotiklər: ABŞ-da inqilabi kəşf
Yeni antibiotiklərin kəşfi sahəsində onilliklərdir davam edən “quraqlığa” ABŞ alimlərinin bir kəşfi ilə son qoyula bilər.
Onların bakteriya yetişdirilməsi üçün tapdıqları yeni metod 25 yeni antibiotikin yaradılmasına imkan verib. Bunların arasında biri xüsusilə “ümidvericidir”.
Antiobitiklərin son yeni dəsti klinikalara 30 il bundan əvvəl daxil olub.
“Nature” jurnalında dərc olunmuş tədqiqat nəticələri “inqilabi” uğur kimi qiymətləndirilir.
Antibiotiklərin kəşf olunmasının zirvə dövrü 1950-60-cı illərə təsadüf edir, lakin 1987-ci ildən bəri bir dənə də olsun, yeni antibiotik kəşf edilməyib.
O vaxtdan bəri infeksiya növləri və onların mövcud antibiotiklərə davamlılığı artır. Bunlardan ən qorxulusu bir vaxtlar pensillin kimi sadə antibiotiklərə asanlıqla təslim olan vərəmdir. Hazırda vərəm çöpləri mövcud antibiotikləri veclərinə almırlar.
Amerika alimlərindən bir qrupu bakteriyaların torpaqda yetişdirilməsi üçün xüsusi qurğu yaradıb. Onu “yeraltı otellə” müqayisə edirlər. Bu “otelin” hər mərtəbəsinə bir növdən olan bakteriya yerləşdirilir və qurğu torpağa basdırılır. Belə bir üsul həm bakteriyaların təbii şəraitdə yetişdirilməsinə, həm də onların artım prosesinın müşahidə olunmasına imkan yaradır. Belə nəzarətli şəraitdə yetişdirilən bakteriyalar antimikrob keyfiyyəti olan maddə ifraz edirlər.
Tədqiqatçılar qrupunun rəhbəri, professor Kim Lewis deyir ki, belə maddələrdən biri də teiksobaktindir və o çox nailiyyətlər vəd edən antibiotikdir.
İndiyədək keçirilmiş sınaqlar göstərib ki, teiksobaktin bakteriyaların artımına böyük təsir göstərsə də, məməlilərin toxumaları üçün zərərsizdir. Bu antibiotik sınaq heyvanlarında çox təhlükəli stafilokkok infeksiyalarını ləğv edir.
Alimlər həmçinin hesab edirlər ki, bakteriyalar teiksobaktin və bu tipdən olan preparatlara qarşı müqavimətlilik yarada bilmirlər. Bu maddə əsasən bakteriyalıarın hüceyrə qılafının yaranmasında iştirak edən yağlı turşulara təsir göstərir. Adi bakteriyaların belə təsirdən qorunmaq üçün əlavə müxanizmləri yoxdur.
-
İqtisadi gündəm19:40
"Yelo Bank"dakı 3,5 milyonluq mənimsəmə ilə bağlı araşdırma başladı – Məhkəmə
-
Magazin119:10
Meyxanaçıya ağır sözlər: "Atlar ölüb, itlərin bayramıdır" - VİDEO
-
Sosial18:40
Şəhid Xudayarın qardaşı müğənninin qızı ilə ailə qurur
-
Yaxın Şərq16:53
İsrail bu ölkədən qoşunlarını çıxarmağa başladı
-
Rəsmi xronika16:15
Prezident bu Məcəlləyə dəyişiklik etdi: 7 min manatadək cərimə
-
Sosial15:02
Təhsillə bağlı çağırışa möhlət verilməsi qaydasına dəyişiklik edilir
-
Sosial15:00
İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir
-
Yaxın Şərq14:12
Vaşinqton rəsmən açıqladı: ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəldi