Qazaxıstanda qəribə xəstəlik: Bütün kənd yatır - FOTO
Bizi izləyin

Sağlamlıq

Qazaxıstanda qəribə xəstəlik: Bütün kənd yatır - FOTO

Qazaxıstanın şimalında yerləşən Kalaçi kəndinin sakinləri naməlum xəstəliyə tutulub – onları yuxu aparır.

Publika.az BBC-yə istinadən xəbər verir ki, həkimlər bu xəstəliyə "naməlum mənşəli ensefalopatiya", yerli sakinlər isə "yuxuluq xəstəliyi" adı veriblər.

"İnsan sanki sərxoş kimi özünü hiss edir, oturan və ya uzanan kimi yuxuya gedir", - xəstəliyin əlamətlərini təsvir edən kənd sakinlərindən biri deyir.

Kütləvi halda bu xəstəlik ilk dəfə özünü 600 sakini olan kənddə 2013-cü ilin yazında göstərməyə başlayıb. Yerli həkimlərin dediyinə görə ayrı-ayrı hallar bundan əvvəl də qeydə alınırdı. Xəstəliyin simptomları arasında həkimlər yuxululuq, ümumi zəiflik, başgicəllənmə, qarabasma, rabitəsizlik və bu kimi digər halları qeyd edir.

Yerli ambulatoriyanın həkimi Tatyana Protasovanın sözlərinə görə, dekabr ayından xəstəliyin yeni dalğası müşahidə edilir.Böyüklərdə və uşaqlarda müşahidə olunan bu xəstəlik adamda 10 günədək davam edə bilər.

Həkimlər və alimlər qəribə xəstəliyin səbəbləri barədə yekdil fikrə gələ bilmirlər. Alimlər xəstəliyin mümkün səbəbləri arasında ilk olaraq şüalanma və atmosferdə dəm qazının yüksək faizinin ola bilməsini qeyd edirdilər.

Lakin keçirilmiş elmi yoxlamalara və edilmiş ölçülərdən sonra şüalanma və dəm qazı versiyaları səbəb kimi təsdiqlənməyib. Hər iki amilin təsiri normal təbii fon göstəricisindən yuxarı olmayıb.

Alimlər kəndə araşdırmalarını davam etdirərkən, həkimlər xəstələrə tibbi yardım göstərməkdə davam edirlər.

Yuxululuğa tutulan kənd sakinlərinə vitamin, dezintoksikləşmə və qan-damar terapiyası təyin edilir. Bu arada isə kəndin aid olduğu rayon administrasiyası yerli sakinləri tədricən kənddən başqa ərazilərə köçürməyə cəhdi göstərir. Ev-eşiklərini atıb köçmək istəməyən yerli sakinləri rayon administrasiyasının bu cəhdləri narahat edir.

"Bizi iş və mənzillə təmin edəcəklərini deyirlər, lakin vədlərini yerinə yetirmirlər", - sakinlər deyirlər.

Bu cür vəziyyət sakinlərdə əlavə stress yaradır, onların psixoloji yorğunluğunu gücləndirir.

"Bu məsələ bizi yorur, qıcıqlandırır. İslanlar dərd içindədir, harada yıxılıb yuxlayacağımızı, bundan sonra nə baş verəcəyini bilmirik", - sakinlər vurğulayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm