Sağlamlıq
ÜST-dən “Ebola” virusu ilə bağlı xəbərdarlıq - Vəziyyət ağırlaşır
Konqo Demokratik Respublikasında “Ebola” virusuna yoluxma şübhəlisi ilə bağlı halların sayı 900-ü ötüb.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ölkədə 900-dən çox şübhəli yoluxma halı müəyyən olunub, onlardan 101-i laborator şəkildə təsdiqlənib.
Onun sözlərinə görə, epidemiyanın əsas ocağı sayılan İturi əyalətində təhlükəsizlik problemi vəziyyəti daha da çətinləşdirir. Zorakılıq və məcburi köçkünlük səbəbindən təmasların izlənməsi və yoluxmaların erkən aşkarlanması ciddi şəkildə məhdudlaşıb. ÜST rəhbəri vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən birinin virusun nadir variantının yayılması olduğunu vurğulayıb. Hazırda həmin varianta qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil.
Xatırladaq ki, mayın 17-də ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib. Mayın 22-də isə təşkilat Konqoda risk səviyyəsini “yüksək”dən “çox yüksək”ə qaldırıb.
-
Nida Xəbər 02:42Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi







































