Sağlamlıq
Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı
Ərzaqları soyuducuda saxlamaq həqiqətən də onların gec xarab olmasına kömək edir. Lakin bütün qidaları aşağı temperaturda saxlamaq faydalı olmur.
Publika.az xəbər verir ki, bunu "ROSBİOTEX" Universitetinin Qida Təhlükəsizliyi kafedrasının baş müəllimi Anna Cabakova deyib. O qeyd edib ki, əksər insanlar adətən alış-veriş etdikdən sonra az qala bütün ərzaqları soyuducuya qoyurlar. Hərçənd, bu, bəzi qidalar üçün təkcə faydasız olmur, həm də onların dadını, teksturasını və qida dəyərini aşağı sala bilir.
"Ən çox yayılmış nümunələrdən birini deyim. Məsələn, pomidor. Onlara ətir və dad verən birləşmələr aşağı temperaturda məhv olur və onun yumaqlığı da dəyişir. Pomidor hələ tam yetişməyibsə, soyuducu bu prosesi də praktik olaraq dayandırır", - deyə o izah edib.
Kartof da soyuğu sevmir. Müsbət 6 dərəcədən aşağı temperaturda nişastanın bir hissəsi şəkərə çevrilməyə başlayır. Nəticədə, kartof daha şirin olur və qızardıldıqda daha tez qaralır. Bundan əlavə, kartofun teksturası və dadı da dəyişir.
"Heç soğanı da soyuducuda saxlamaq tövsiyə edilmir. Onlar rütubətli mühitdə daha tez yumşalır, cücərməyə başlayır və üzərilərində kif əmələ gətirə bilirlər. İstisna olaraq soyulmuş və ya doğranmış soğanları soyuducuya qoymaq olar. Amma bu halda da soğan soyuducuda qapalı qabda saxlanılmalıdır",- mütəxəssis deyib.
Bundan başqa sarımsaq da siyahıya əlavə olunub. Bu bitki quru, qaranlıq və yaxşı havalandırılan yerdə saxlanılmalıdır. Soyuducuda olanda isə tərkibini daha tez itirir, cücərməyə başlayır və kifləməyə daha çox həssas olur.
Əksər insanlar çörəyin daha uzun müddət təzə qalacağına inandığı üçün onu da soyuducuda saxlayırla. Əslində isə aşağı temperatur köhnəlmə prosesini sürətləndirir. Çörəyi otaq temperaturunda çörək qabında saxlamaq daha məqsədəuyğun sayılır.
"İnsanlar çox vaxt bal ilə bağlı da yanlış addım atırlar. Bu məhsul soyuducuda daha tez kristallaşır, qatılaşır və tipik konsistensiyasını itirir. Lakin təhlükəsizlik baxımından balı soyuducuda saxlamağa ehtiyac yoxdur", - deyə ekspert hesab edir.
Bananı da soyuducuda saxlamağa ehtiyac yoxdur. Xüsusən də yetişməmiş banan soyuducuya qoyulmamalıdır. Aşağı temperatur bu bitkinin qabığının hüceyrələrinə zərər verir, onların tez qaralmasına və yetişmə prosesinin gecikməsinə və ya düzgün olmayan şəkildə yetişməsinə səbəb olur.
"Qəhvəni də soyuducuda saxlamaq arzuolunan deyil. Dənə şəklində olan və üyüdülmüş qəhvə qoxuları və nəmi asanlıqla özünə çəkir ki, bu da sonradan içkinin dadına mənfi təsir göstərir", - deyə o bildirib.
Lakin bəzi bitkilərlə bağlı qaydalar dəyişə də bilər. Məsələn, doğranmış pomidorlar, soyulmuş soğanlar və ya qapağı açılmış souslar soyuducuda saxlanılmalıdır.
Müəllif: Tural
-
MDB12:11Rusiya iqtisadiyyatı çökür - "Payız defoltları" dalğası başlayır
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
ABŞ11:35Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr
-
Hadisə11:20Bakı İstintaq Təcridxanasının keçmiş rəisi vəfat etdi
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər










.jpg)























