Sağlamlıq
Canlı yuxular beyni "boşalda" bilər - Alimlərdən yeni kəşf
Yaponiya Tohoku Universitetinin tədqiqatçıları insanın əksər yuxuları gördüyü sürətli yuxu (REM) fazasında beyin fəaliyyətinin qeyri-adi xüsusiyyətini aşkar ediblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Communications Biology" jurnalında dərc olunub.
REM yuxusu zamanı beyin oyaq vəziyyətdə olduğu kimi demək olar ki, eyni dərəcədə aktiv qalır. Təbii yuxu zamanı siçanların beynini izləyən alimlər müəyyən ediblər ki, bu fazanın başlamasına hələ təxminən 50 sekund qalmış qan axını kəskin şəkildə güclənir, bu da qida maddələri və oksigen təchizatının artması deməkdir.
Bununla belə, tədqiqatçılar paralel olaraq gözlənilməz hadisə qeydə alıblar: neyronlarda hüceyrələri enerji ilə təmin edən əsas molekul olan ATF-in səviyyəsi azalıb. Tədqiqat müəlliflərinin fikrincə, bu, canlı yuxular zamanı beynin enerjini o qədər intensiv sərf etməsi demək ola bilər ki, onun ehtiyatlarını bərpa etməyə vaxtı çatmır.
Alimlər güman edirlər ki, yüksək enerji xərcləri yuxu zamanı baş verən xatirələrin formalaşması və möhkəmləndirilməsi prosesləri, eləcə də neyronlar arasındakı əlaqələrin yenidən qurulması ilə bağlıdır.
Müəlliflər qeyd edirlər ki, əldə edilən nəticələr beynin öz enerji ehtiyatlarını necə bölüşdürdüyünü daha yaxşı başa düşməyə kömək edir. Kompüterlərdən fərqli olaraq, o, məhdud enerji ehtiyatı şəraitində işləyir və onu çevik şəkildə məhz ən çox ehtiyac duyulan yerə yönəltməyə qadirdir.
Tədqiqatçılar ümid edirlər ki, bu məlumatlar yuxunun beynin fəaliyyətindəki rolunu daha dərindən anlaməğa və insanın dolğun yuxulardan sonra bəzən niyə yorğunluq hissi ilə oyanmasını izah etməyə kömək edəcək.
Hüseyn İbadlı
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək



























.jpg)








