Sağlamlıq
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
Şirniyyata qarşısıalınmaz meyl təkcə vərdiş deyil, bəzi hallarda orqanizmdə baş verən problemlərin siqnalı ola bilər.
Publika.az xəbər verir ki, amerikalı dietoloq Culi Uolles bu barədə "Yahoo"ya danışıb.
Onun sözlərinə görə, davamlı şəkildə şirniyyat yemək istəyi qanda şəkərin səviyyəsinin qeyri-sabit olmasına işarə edə bilər. Xüsusilə bu hal yorğunluq, əsəbilik və diqqətin zəifləməsi ilə müşayiət olunursa, buna diqqət yetirmək lazımdır.
Dietoloq bildirib ki, şirniyyata meyl beynin dopaminə ehtiyacından da qaynaqlana bilər. Yuxusuzluq, sosial ünsiyyətin azlığı və ya həyatda sevinc hissinin çatışmazlığı belə istəyi gücləndirir.
Bundan əlavə, polikistik yumurtalıq sindromundan (PKOS) əziyyət çəkən qadınlarda da şəkərə qarşı güclü istək müşahidə olunur.
Culi Uolles bu problemin qarşısını almaq üçün qidalanma vərdişlərini dəyişməyi tövsiyə edib. Onun sözlərinə görə, karbohidratlar lif, zülal və ya sağlam yağlarla birlikdə qəbul edilməlidir. Bu, qanda şəkərin səviyyəsini sabit saxlamağa kömək edir və nəticədə şirniyyata olan meyli azaldır.
Müəllif: Adəm
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək


























.jpg)








