Sağlamlıq
Bu kartofu yesəniz zəhərlənə bilərsiniz - Mütəxəssislər xəbərdarlıq etdi
Dietoloq Nikol Dandrea-Rassert və qida texnoloqu Minvey Syu sağlamlıq üçün təhlükəli ola bilən kartofun hansı hallarda qətiyyən yeyilməməli olduğunu açıqlayıblar.
Publika.az xəbər verir ki, onların "Simply Recipes" nəşrinə verdiyi məlumata görə, cücərmiş və ya yaşıllaşmış kartof istehlak etmək ciddi sağlamlıq riski yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, kartof günəş işığına məruz qaldıqda onun tərkibində solanin və çakonin adlı qlikoalkaloidlər əmələ gəlir. Bu maddələr yüksək miqdarda olduqda zəhərli təsir göstərə bilər.
Minvey Syu bildirib ki, kartofun üzərində yaşıl ləkələr və cücərtilər görünürsə, bu, həmin zərərli maddələrin artdığının göstəricisidir.
Nikol Dandrea-Rassert isə əlavə edib ki, ən çox zəhərli maddə kartofun cücərtilərində, yaşıl qabığında və "göz" adlanan hissələrində toplanır. Onun sözlərinə görə, cücərmiş kartofda qlikoalkaloidlərin konsentrasiyası daha yüksək olur.
Mütəxəssislər kartofun sərin, quru və qaranlıq yerdə, yaxşı hava dövranı olan şəraitdə saxlanılmasını tövsiyə edirlər. Həmçinin bildirirlər ki, kartofu saxlanma yerinə qoymazadan əvvəl yuymaq lazımdır.
Adəm
-
Elm və təhsil18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?














.jpg)























