Sağlamlıq
Xərçəngin gizli sirri açıldı: Müalicədən sonra niyə yenidən qayıdır?
Alimlər süd vəzi şişlərində müalicədən sonra da sağ qalan və xəstəliyin yenidən qayıtmasına səbəb olan xərçəng hüceyrələrini aşkarlayıblar.
Publika.az xəbər verir ki, London İmperial Kollecinin alimləri təkhüceyrəli RNT sekvenslənməsi və məkan transkriptomikası texnologiyalarından istifadə edərək şişlərin ətraflı xəritəsini hazırlayıblar. Araşdırma zamanı şiş daxilində hərəkətsiz vəziyyətdə olan xərçəng hüceyrələrinin gizləndiyi xüsusi "niş"lər müəyyən edilib.
Mütəxəssislərin sözlərinə görə, bu hüceyrələr demək olar ki, bölünmür. Buna görə də onlar sürətlə çoxalan hüceyrələri hədəf alan kimyaterapiyanın təsirindən yayına bilir. Müəyyən müddət "yuxuda" qaldıqdan sonra isə yenidən aktivləşərək şişin böyüməsinə və ya xəstəliyin təkrarlanmasına səbəb ola bilirlər.
Araşdırma göstərib ki, bu "yatmış" hüceyrələr çox vaxt immun sisteminə aid CXCL10-müsbət makrofaqlar və şişlə əlaqəli miofibroblastların yaxınlığında yerləşir. Alimlər hesab edirlər ki, həmin hüceyrələr xərçəng hüceyrələrinin ətrafında qoruyucu mühit yaradaraq onların həm immun sistemindən, həm də dərmanların təsirindən yayınmasına kömək edir.
Maraqlıdır ki, "yuxuda olan" xərçəng hüceyrələri həm yavaş inkişaf edən, həm də aqressiv şiş formalarında aşkar edilib. Bu isə onların müalicənin nəticəsi deyil, bəzi şişlərin başlanğıcdan malik olduğu xüsusiyyət ola biləcəyini göstərir.
Tədqiqat müəllifləri bildirirlər ki, gələcək müalicə üsulları yalnız sürətlə bölünən xərçəng hüceyrələrini deyil, həm də "yatmış" hüceyrələri və onları əhatə edən toxumanı hədəfə almalıdır. Onların fikrincə, bu yanaşma xəstəliyin təkrarlanma riskini azaltmağa kömək edə bilər.
Qeyd edək ki, bu barədə tədqiqatın nəticələri "Genome Medicine" jurnalında dərc olunub.
Adəm
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11 Noyabr 11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü






















.jpg)















