Eboladan ölənlərin sayı 9 mini keçdi
Bizi izləyin

Sağlamlıq

Eboladan ölənlərin sayı 9 mini keçdi

Qərbi Afrika ölkələrində Ebola virusunun səbəb olduğu xəstəliklərdən ölənlərin sayı 9004 nəfərə, yoluxanların sayı isə 22 525 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib. Məlumata görə, Ebola virusunun yaratdığı epidemiya nəticəsində Liberiyada 3746 nəfər ölüb, 8745 nəfər isə yoluxub. Serra-Leonedə ölənlərin sayı bir qədər az – 3301 nəfər olsa da, yoluxanların sayı digər ölkələrdən çox – 10 792 nəfərdir. Qvineyada isə həlak olanların sayı 1957 nəfər, yoluxanların sayı 2988 nəfərdir.

Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.

Qeyd edək ki, ilk dəfə 1976-cı ildə baş qaldırmış Ebola virusu həmin vaxt 5826 nəfərin həyatına son qoymuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm