Sağlamlıq
Məktəblilər üçün bu ayaqqabını almayın - Valideynlərin etdiyi təhlükəli səhv
Məktəblilər üçün ayaqqabı seçərkən valideynlər yalnız görünüşə və qiymətə deyil, uşağın ayağının sağlamlığına da diqqət etməlidirlər.
Publika.az xəbər verir ki, travmatoloq, uşaq ortopedi, tibb elmləri namizədi Nikolay Batsalenko məktəbli üçün ayaqqabı seçərkən diqqət etməli olduğumuz əsas məqamlara sadalayıb.
Həkimin sözlərinə görə, ayaqqabı yüngül, elastik və sürüşməyən altlığa malik olmalı, dabanı yaxşı sabitləməli və hava keçirən materialdan hazırlanmalıdır. Ayaqqabı barmaqları sıxmamalı, uşağı tarazlığını qorumaq üçün ayaq əzələlərini gərməyə məcbur etməməlidir.
Ayaqqabının burun hissəsi ilə ən uzun barmaq arasında təxminən 10-15 millimetr boşluq qalmalıdır. Bu məsafə yeriyərkən barmaqların ayaqqabının ucuna dəyməsinin qarşısını alır. Lakin həddindən artıq böyük ayaqqabı da təhlükəlidir: ayağın içəridə sürüşməsinə, qabarcıqlara və qeyri-sabit yerişə səbəb ola bilər.
Mütəxəssis ayaqqabının hər iki ayaqda, ayaqüstə və uşağın məktəbdə geyinəcəyi corabla yoxlanılmasını tövsiyə edir.
Çox dar ayaqqabı barmaqları sıxır, böyük ayaqqabı isə uşağı ayağını daim içəridə saxlamağa məcbur edir. Hər iki halda uşaq daha tez yorula bilər.
Ayaqqabının üst hissəsi üçün təbii dəri, tekstil və ya keyfiyyətli tor materiallar daha münasib hesab olunur. İçlik isə yumşaq, çıxarıla bilən və nəmi yaxşı hopduran olmalıdır.
İşlənmiş ayaqqabıdan istifadə yalnız istisna hallarda mümkündür. Bunun üçün ayaqqabı demək olar ki, geyinilməmiş, uşağın ölçüsünə uyğun və formasını itirməmiş olmalıdır.
Yanlış seçilmiş ayaqqabı uşaqlarda qabar, dırnaq batması, ayaq ağrısı və yerişin dəyişməsinə səbəb ola bilər.
Xüsusilə məktəbəqədər və ibtidai sinif yaşlarında uşaqların ayaqqabı ölçüsü bir neçə aydan bir yoxlanılmalıdır. Uşağın barmaqlarının ayaqqabının ucuna dəyməsini gözləmək düzgün deyil.
Əgər ayaqqabı dəyişdirildikdən sonra da uşağın ayağında ağrı davam edirsə, tez-tez ayağı burxulursa və ya nəzərəçarpacaq şəkildə axsayırsa, ortopedə müraciət etmək tövsiyə olunur.
Müəllif: Adəm
-
Rəsmi xronika16:41Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişdi
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır

































.jpg)

.jpg)
