SOS: “İlan xəstəliyi” 45 milyon insanı udacaq
Bizi izləyin

Sağlamlıq

SOS: “İlan xəstəliyi” 45 milyon insanı udacaq

Amerika alimləri yeni xəstəlik kəşf edib. Tədqiqatlar nəticəsində məlum olub ki, əsəblərini qorumayan insanın beynində sinir hüceyrələri işıq sürəti ilə məhv ola bilər.

Axar.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Tibbi Araşdırmalar İnstitutunun alimləri insan orqanizmində yeni “ilan xəstəliyi” adlandırılan mərəz aşkar ediblər. Məlum olub ki, sinirlərini qorumayan, bərk əsəbiləşən insanlarda bir göz qırpımında milyonlarla beyin-sinir hüceyrəsi məhv olur. Yeni xəstəlik tibdə tanıdığımız iflic, nevroz, psixoz, skleroz və digər sinir sistemi ilə bağlı məlum xəstəliklər içində ən təhlükəlisi hesab edilir.

Müasir tibbi texnoloji avadanlıqların sayəsində alimlər belə qənaətə gəliblər ki, heç bir yolla bərpa olunmayan sinir hüceyrələri bir göz qırpımında məhv olaraq, insanın ilan xəstəliyinə tutulmasına səbəb ola bilər. Bu zaman insan orqanizmində nəinki beyin, onurğa, eləcə də bütün həyat üçün vacib orqanlarda sürətli parçalanma baş verir.

İlanların sinir hüceyrələri vasitəsi ilə hərəkət etməsi və tədqiqatlar zamanı onların qıcıqlandıqları vaxt parçalanaraq məhv olmasını müşahidə edən alimlər yeni xəstəliyi məhz bu səbəbdən “ilan xəstəliyi” adlandırıblar. Alimlər hesab edirlər ki, son on ildə bu xəstəlikdən 45 milyon insan dünyasını dəyişəcək. Əsəblərimizə hakim olmasaq, ilan xəstəliyinə tutulma təhlükəsi ilə üzləşə bilərik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm