Sağlamlıq
İnfeksiyanı evdə müalicə etməyə çalışdı, komaya düşdü
Britaniyada 47 yaşlı qadın sidik yolları infeksiyasını mərcanı şirəsi ilə müalicə etməyə çalışdıqdan sonra xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə "LADbible" nəşri məlumat yayıb.
Kerol Hedlinin sözlərinə görə, o, sidik yolları infeksiyası ilə həmişə mərcanı şirəsinin köməyi ilə mübarizə aparıb və həkimə müraciət etməyib. Qadında bu problem 13-14 yaşlarından müşahidə olunub. Onun sözlərinə görə, indiyədək özünü bu üsulla müalicə etməsi nəticə verib.
Lakin 47 yaşında qadın səhhətində qeyri-adi dəyişikliklər hiss etməyə başlayıb. Əvvəlki kimi, sidik ifrazı zamanı göynəmə hissi yaranıb. Bundan əlavə, baş və bel ağrıları da olub. Ancaq o, bu əlamətləri iş yorğunluğu ilə əlaqələndirib.
Təxminən bir ay davam edən simptomlardan sonra qadının hərarəti yüksəlib, nitqi isə anlaşılmaz hala düşüb.
“Qızım xəstəxanaya gələndə mənasız sözlər danışdığımı deyib. Nitqim aydın deyildi, sanki sərxoş idim”, – deyə qadın bildirib.
Müayinələr zamanı infeksiyanın sidik yollarından böyrəklərə yayıldığı və nəticədə sepsisə səbəb olduğu anlaşılıb. Həkimlər qadını süni komaya salaraq üç həftə ərzində müalicə ediblər.
Hazırda britaniyalı qadının böyrəkləri normal funksiyalarının təxminən 70 faizini yerinə yetirir.
Hedli insanları özbaşına müalicədən çəkinməyə çağırıb.
-
Hadisə15:26Xocavənddə traktor sürücüsü minaya düşdü - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO













.jpg)






.png)






.jpg)










