Kişinin qulağına girdi, orada yaşadı: Görün həkimlər nə çıxardı - FOTO
Bizi izləyin

Sağlamlıq

Kişinin qulağına girdi, orada yaşadı: Görün həkimlər nə çıxardı - FOTO

Kişinin qulağına girdi, orada yaşadı: Görün həkimlər nə çıxardı - FOTO

Rusiyanın Moskva vilayətində həkimlər kişinin qulağından canlı tarakan çıxarıblar.

Publika.az xəbər verir ki, hadisə Vidnovsk klinik xəstəxanasında qeydə alınıb.

Kişi yuxudan oyandıqdan sonra sol qulağında mütəmadi səs-küy və hərəkət hiss etdiyini bildirib. Həkimlərin apardığı müayinə zamanı onun xarici eşitmə kanalında həşərat olduğu aşkarlanıb.

Otorinolarinqoloq Maqomed Qasanov mikrocerrahi qulaq maqqaşlarının köməyi ilə həşəratı çıxarıb. Məlum olub ki, bu, canlı tarakan olub. Onun kişinin qulağına hansı şəraitdə girdiyi isə bilinmir.

Həkimin sözlərinə görə, müdaxilə heç bir fəsad olmadan başa çatıb. Qulaq pərdəsi və eşitmə kanalı zədələnməyib. Xəstənin vəziyyəti qənaətbəxş olduğundan, o, dərhal evə buraxılıb.

Həkimlər xəbərdarlıq ediblər ki, qulağa düşən yad cisimləri müstəqil şəkildə çıxarmağa çalışmaq olmaz. Bu, həşəratın daha dərinə keçməsinə, qulaq pərdəsinin zədələnməsinə və hətta eşitmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm