Sağlamlıq
Sauna ürək üçün faydalıdır? - Həkimdən vacib xəbərdarlıq
Saunaya müntəzəm getmək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıra, qan təzyiqini aşağı sala və bəzi xroniki xəstəliklərin riskini azalda bilər. Lakin bu prosedur hər kəs üçün təhlükəsiz deyil.
Publika.az xəbər verir ki, ailə həkimi Erik Aşer saunanın ürək və qan damarlarına təsiri barədə “Women's Health” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, sauna zamanı ürək döyüntüləri sürətlənir, qan damarları genişlənir. Bu proses sürətli yeriş və ya yüngül qaçış zamanı orqanizmdə baş verən dəyişikliklərə bənzəyir.
Bununla belə, mütəxəssis bəzi insanların saunadan uzaq durmalı olduğunu vurğulayıb. Ciddi ürək xəstəlikləri, çox aşağı qan təzyiqi və ya güclü başgicəllənməsi olan şəxslərə yüksək temperaturda belə prosedurlar tövsiyə edilmir.
Yaşlı insanlar və hamilə qadınlar da saunadan istifadə edərkən ehtiyatlı olmalıdırlar.
Müəllif: Adəm
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO








































